Rusiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Rusiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb 24 futbolçuya dəvət göndərilib
Futbol
15 Mart , 2016 13:42
Rusiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Azərbaycan və Almaniya ilə keçirəcəyi AVRO-2017-nin seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nikolay Pisarev heyətə 24 futbolçu daxil edib.

Onların arasında əslən azərbaycanlı Ayaz Quliyevlə Ramil Şeydayev də var:

Qapıçılar: Mixail Borodko ("Yenisey"), Aleksandr Selixov ("Amkar")

Müdafiəçilər: Dmitri Jivoqlyadov ("Dinamo", Moskva), İlya Zuyev ("Zenit"), Vyaçeslav Karavayev ("Yablonets", Çexiya), Aleksandr Kleşenko, Denis Yakuba (hər ikisi "Kuban), Maksim Kuftin ("Strogino"), Aydar Lisinkov ("Spartak"), Vitali Lıstsov ("Benfika", Portuqaliya), Aleksandr Serasxov ("Sokol")

Yarımmüdafiəçilər: Dmitri Barinov, Aleksey Mirançuk (hər ikisi "Lokomotiv"), Aleksey Qasilin ("Şalke", Almaniya), Ayaz Quliyev, Artyom Timofeyev (hər ikisi "Spartak"), Dmitri Yefremov ("Slovan", Çexiya), Roman Zobnin, Aleksandr Taşayev (hər ikisi "Dinamo", Moskva), Arşak Koryan ("Vitess", Hollandiya), İlya Petrov ("Volqa")

Hücumçular: Nikolay Komliçenko ("Krasnodar"), Kamil Mullin ("Sokol"), Ramil Şeydayev ("Rubin")

Rusiya yığması martın 21-də bir araya gələcək. Pisarev martın 24-də Rostovdakı "Olimp" stadionunda Azərbaycanla keçirəcəkləri oyuna yaxşı hazırlaşacaqlarına ümidvar olduğunu bildirib. Almaniya ilə qarşılaşma isə bundan 5 gün sonra baş tutacaq.

Qeyd edək ki, Rusiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Bu komandalar arasında 2015-ci il noyabrın 17-də Bakıda keçirilmiş qarşılaşmada meydan sahibləri böyük hesabla qalib gəlib - 3:0. Bu nəticədən sonra Dmitri Xomuxa Rusiya yığmasının baş məşqçi postundan qovulub və yerinə Nikolay Pisarev təyin olunub. Hazırda 7 oyundan 6 xala malik Azərbaycan millisi 4-cü, 4 oyundan 3 xalı olan Rusiya isə 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 15 xalla Almaniya başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi