Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın "Kuban" klubu Ukrayna millisinin futbolçusu Yevgeni Seleznyovu transfer edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq 30 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanıb.
Müqavilə müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, Yevgeni Seleznyov karyerası ərzində yalnız Ukrayna klublarında forma geyinib. O, yerli "Şaxtyor", "Arsenal" və "Dnepr" komandalarında çıxış edib. Ötən ilin sonlarında hücumçunun "Qəbələ"yə keçəcəyi bildirilirdi.