​Rusiya Futbol İttifaqı baş məşqçi Fabio Kapellonun borcunu ödəyib

​Rusiya Futbol İttifaqı baş məşqçi Fabio Kapellonun borcunu ödəyib İş adamı Əlişir Usmanov bu məqsədlə RFİ-yə güzəştli kredit ayıracaq
Futbol
7 Fevral , 2015 00:16
​Rusiya Futbol İttifaqı baş məşqçi Fabio Kapellonun borcunu ödəyib

Bakı. 7 fevral. REPORT.AZ/ Rusiya Futbol İttifaqı (RFİ) cümə günü Rusiya milli komandasının baş məşqçisi Fabio Kapellonun əmək haqqının ödənilməsi üzrə pul vəsaitlərinin köçürülməsi ilə bağlı lazımi əməliyyatları həyata keçirib.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

Cümə axşamı iş adamı Əlişir Usmanov italiyalı mütəxəssisə olan borcun tamamilə ödənilməsi üçün RFİ-yə 400 milyon rubl məbləğində güzəştli kredit ayıracağını bəyan edib.

Rəsmi mənbələrdən öz təsdiqini tapmayan məlumata görə, məbləği açıqlanmayan ilk tranş ötən gün Kapellonun hesabına köçürülüb.

Son xəbərlər

Orphus sistemi