​"Rudar"ın baş məşqçisi: "Qarabağ" la oyun çətin olacaq

​"Rudar"ın baş məşqçisi: "Qarabağ" la oyun çətin olacaq "Qələbə üçün çalışacağıq. Təbii ki, rəqib imkan versə..."
Futbol
14 İyul , 2015 21:44
​Rudarın baş məşqçisi: Qarabağ la oyun çətin olacaq

Bakı. 14 İyul. REPORT.AZ/ "Sabah bizim üçün çətin oyun olacaq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"la oyun öncəsi mətbuat konfransında Monteneqro "Rudar"ının baş məşqçisi Mirko Mariç deyib.

Təcrübəli mütəxəssis Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynadığını və demək olar ki, ötənilki heyəti qoruduğunu bildirib.

O, ötən aylarda "Qarabağ"ın oyunlarını izlədiklərini və Ağdam komandasına hörmətlə yanaşdıqlarını bildirib. Bununla yanaşı, Mariç uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini vurğulayıb:

"Rəqibimiz Avropa komandası səviyyəsindədir. Köhnə və yeni oyunçuları var. Amma hər biri keyfiyyətlidir".

Mariç Avropa Liqasının I mərhələsində Monteneqronun digər təmsilçisi "Mladost"a uduzan "Neftçi" ilə "Qarabağ"ı da müqayisə edib. O bildirib ki, "Qarabağ" "Neftçi"dən daha güclü komandadır. Mariç daha bir fərqin azarkeş amili ilə bağlı olduğunu bildirib:

"2 il öncə Polşa "Şlask"ı ilə səfər matçımızı 30 mindən çox azarkeş izləyirdi. Sabah da biz xeyli azarkeş qarşısında oynayacağıq. "Qarabağ" bu qədər azarkeşlə oynamağa alışıb. Bizim ev oyunlarımızda isə 1000-2000 azarkeşimiz olur. Amma qələbə üçün çalışacağıq. Təbii ki, rəqib imkan versə...".

Qeyd edək ki, iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Rudar" matçı saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi