​"Rudar"ın baş məşqçisi: "Qarabağ"ın büdcəsi bizimkindən 100 dəfə çoxdur"

​"Rudar"ın baş məşqçisi: "Qarabağ"ın büdcəsi bizimkindən 100 dəfə çoxdur" Monteneqro çempionu "Rəvan"ın sabiq futbolçusunu təlim-məşq toplanışına aparıb
Futbol
30 İyun , 2015 13:38
​Rudarın baş məşqçisi: Qarabağın büdcəsi bizimkindən 100 dəfə çoxdur

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Monteneqro "Rudar"ı Serbiyada təlim-məşq toplanışı keçəcək. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, artıq Monteneqro təmsilçisi dünən toplanışın keçiriləcəyi Kuçevoya yola düşüb.

İki həftəlik toplanış çərçivəsində "Rudar" iki yoxlama oyununa çıxacaq. Komandanın baş məşqçisi Mirko Mariç səfər öncəsi açıqlamasında bildirib ki, cütün favoriti "Qarabağ" klubudur: "Düzdür, "Qarabağ"ın büdcəsi demək olar ki, bizdən 100 dəfə çoxdur. Yavaş-yavaş rəqibimizi tanıyırıq. Onların heyətində 15 əcnəbi futbolçu var. Lakin biz əvvəllər gözlənilmədən rəqiblərimizi məğlub etmişik".

Baş məşqçi M.Mariç toplanışda iştirak edəcək futbolçuların adlarını da açıqlayıb. Onların arasında 2013-2014 mövsümünün ikinci yarısında Bakının "Rəvan" klubunda çıxış etmiş Miloş Zeçeviç də var: 

Miloş Radanoviç, Milan Yelovaç, Marko Lazareviç, Deyan Damyanoviç, Nikola Sekuliç, Zelyko Tomaşeviç, Nikola Qaçeviç, Marko Vukoviç, Vladan Qordiç, Miliya Qoluboviç, Dorde Duriç, Duşan Nestoroviç, Predraq Brnoviç, İqor İvanoviç, Nedelko Vlahoviç, Ryota Noma, Adi Bamur, Stevan Relyiç, İvan Knejeviç, Radule Jivkoviç, Miroye Yovanoviç, Mirko Radisiç, Denis Sopo, Denis Hadziosmanoviç, Miloş Zeçeviç.

Son xəbərlər

Orphus sistemi