​Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib

​Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib O, prezident postuna yeganə namizəd olub
Futbol
11 Mart , 2016 11:31
​Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib. "Report"un məlumatına görə, açıq səsvermə yolu ilə hazırkı prezident Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək.

R.Abdullayev prezident postuna yeganə namizəd olub.

Yeni seçilmiş Federasiya prezidenti ona etimad göstərənlərə minnətdarlığını bildirib: "Çalışacağam ki, bu etimadı doğruldum. Azərbaycanlı futbolsevərlərin istədiyi şəkildə futbolu inkişaf etdirməyə çalışacağıq. Əsas məqsədimiz AVRO-2020-də Azərbaycan millisinin iştirakını təmin etməkdir".

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində calışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.

Son xəbərlər

Orphus sistemi