Rövnəq Abdullayev: "Samir Əliyev "Neftçi"nin baş məşqçisi postunda qalmalıdır"

Rövnəq Abdullayev: "Samir Əliyev "Neftçi"nin baş məşqçisi postunda qalmalıdır" "Samir Əliyev daha yüksək nəticələr göstərə biləcək"
Futbol
14 İyul , 2015 14:07
Rövnəq Abdullayev: Samir Əliyev Neftçinin baş məşqçisi postunda qalmalıdır

Bakı. 14 iyul. REPORT.AZ/ "Samir Əliyev "Neftçi"nin baş məşqçisi postunda qalmalıdır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, Azərbaycanda yüksək nəticə göstərən mütəxəssislərin əksəriyyəti yerli məşqçilər olub: "Samir Əliyev gənc və istedadlı mütəxəssisdir.  Bu mənim şəxsi fikrimdir. Bunu rəsmi mövqe kimi qəbul etməsinlər, klubların işlərinə qarışa bilmərəm. Mən inanıram ki, Samir Əliyev həm gənc,  həm də iddialıdır və "Neftçi"də qalsa daha yüksək nəticələr göstərə biləcək".

Son xəbərlər

Orphus sistemi