Rövnəq Abdullayev: "FİFA və UEFA Azərbaycan çempionatını monitorinqə götürüb"

Rövnəq Abdullayev: "FİFA və UEFA Azərbaycan çempionatını monitorinqə götürüb" "Heç bir klub lisenziya şərtlərinə cavab verməsə, Premyer Liqada 8 klub 4 dövrədə çıxış edəcək"
Futbol
7 İyun , 2016 12:31
Rövnəq Abdullayev: FİFA və UEFA Azərbaycan çempionatını monitorinqə götürüb

Bakı. 7 iyun. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında əsas müzakirələr klubların lisenziyalaşma ilə bağlı problemləri ətrafında gedib. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə iclasın ardından keçirdiyi brifinqdə qurumun prezidenti Rövnəq Abdullayev açıqlama verib. 

O bildirib ki, həm Premyer Liqa, həm də I Divizion klubları lisenziya tələblərinə tam cavab vermir: "Qərara aldıq ki, iyunun 13-dək PFL və katiblik klublarla işləsin. Həmin klublarla görüş olsun. Həmin görüşdən sonra kimlərə lisenziya verilib-verilməyəcəyi dəqiqləşəcək. Heç bir klub lisenziya şərtlərinə cavab verməsə, 8 klub 4 dövrədə çıxış edəcək". 

"AFFA olaraq, idman prinsiplərinə sadiq qalmalıyıq. Bu mövsüm heç bir klub istisna hal kimi Premyer Liqaya gətirilməyəcək. Ötən il "Rəvan"ı çempionata buraxdıq, amma klubun xalları silindi. FİFA və UEFA Azərbaycan Premyer Liqasını monitorinqə götürüb. İstədikləri vaxt monitorinqi dayandırıb, cəza verə bilərlər. Ona görə də şəffaflığı qorumalıyıq. Divizion klublarına gəldikdə, çalışacağıq ki, lisenziya sənədləri ən azı AFFA-nın tələbləri səviyyəsində olsun" deyə R.Abdullayev vurğulayıb. 

O, gələn mövsüm Azərbaycan çempionatlarının mayadək başa vurmalı olduqlarını söyləyib. AFFA prezidenti səbəb kimi 2017-ci ilin mayında Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini səbəb göstərib. 

"Bakı" və "Xəzər Lənkəran"a FİFA-dan böyük sanksiyaların tətbiq olunduğunu söyləyən qurum R.Abdullayev sanksiyaların aradan qaldırılmasının böyük maliyyə tələb etdiyini diqqətə çatdırıb: "Hər iki klubun yaxşı infrastrukturu var. Danışıqlar aparırıq ki, bu infrastrukturları futbola cəlb edək".

Son xəbərlər

Orphus sistemi