Rövnəq Abdullayev: "Bu, rekord deyil"

Rövnəq Abdullayev: "Bu, rekord deyil" R.Abdullayev "Qəbələ"-"Çukariçki" oyununun gözəl alındığını bildirib
Futbol
23 İyul , 2015 23:50
Rövnəq Abdullayev: Bu, rekord deyil

Bakı. 23 iyul. REPORT.AZ/ AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qəbələ"nin Serbiya "Çukariçki"si ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb. "Report"un məlumatına görə, R.Abdullayev oyunun gözəl alındığını deyib.

Bununla yanaşı, AFFA prezidenti müəyyən məqamlarda narahatlıq keçirdiklərini də bildirib: "Matç barədə fikirlərim yaxşıdır. Gözəl oyun oldu. Düzdür, bizi bir az silkələdilər, amma sonda hər şey yaxşı oldu".

R.Abdullayev deyib ki, Azərbaycanın 3 klubu - "Qarabağ", "Qəbələ" və "İnter"in növbəti mərhələyə yüksəlmələrini rekord hesab etmək düzgün deyil: "Bu nəticələri Azərbaycan futbolu üçün rekord hesab etmək düzgün deyil. Oynamalıyıq da... Rekord onda olar ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksələk".

Son xəbərlər

Orphus sistemi