Kriştianu Ronaldu Portuqaliya yığmasında ilk dəfə bir oyuna 4 qol vurub - VİDEO

Kriştianu Ronaldu Portuqaliya yığmasında ilk dəfə bir oyuna 4 qol vurub - VİDEO "Xoşbəxtəm ki, millidə ilk pokerimi etdim"
Futbol
8 Oktyabr , 2016 10:03
Kriştianu Ronaldu Portuqaliya yığmasında ilk dəfə bir oyuna 4 qol vurub - VİDEO

Bakı. 8 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya yığmasının heyətində ilk dəfə bir oyuna 4 qol vurub. "Report"un məlumatına görə, 31 yaşlı kapitan buna Andorra ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında nail olub.

O, 2, 4, 47 və 68-ci dəqiqələrdə fərqlənib. Digər qollara 44-cü dəqiqədə Joau Kanselu, 86-cı dəqiqədə Andre Silva imza atıb.

Görüşdən sonra Ronaldu şəxsi "Twitter" səhifəsində yazıb: "Xoşbəxtəm ki, millidə ilk pokerimi etdim".

Qeyd edək ki, Portuqaliya yığmasının hücumçusu yayda Avropa çempionatlarının final mərhələlərində 9 qol vuraraq, fransalı Mişel Platiniyə məxsus rekordu təkrarlayıb. Onun komandası isə ilk dəfə qitə çempionu olub. Ronaldu yığmada 134 oyuna 65 qol vurub.  

Son xəbərlər

Orphus sistemi