​Ronaldo mətbuata açıqlama verməyəcək

​Ronaldo mətbuata açıqlama verməyəcək Bu barədə futbolçunun özü məlumat verib
Futbol
11 Mart , 2015 09:58
​Ronaldo mətbuata açıqlama verməyəcək

Bakı. 11 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldo cari mövsümün sonunadək mətbuata heç bir açıqlama verməyəcək. "Report"un məlumatına görə, bu barədə portuqaliyalının özü "Goal"a danışıb.

Almaniya "Şalke"si ilə keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda dubl edən yarımmüdafiəçi bunları deyib: "Heç nə danışmayacağam. Hazırkı mövsüm başa çatana qədər mətbuata açıqlama verməyəcəyəm" .

Qeyd edək ki, "Real Madrid" doğma azarkeşlər önündə "Şalke"yə 3:4 hesabı ilə məğlub olub. İki görüşün nəticəsinə görə, Madrid təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb - 5:4.

Son xəbərlər

Orphus sistemi