​Ronaldo karyerasında 500-cü qolunu vurub - VİDEO

​Ronaldo karyerasında 500-cü qolunu vurub - VİDEO O, həm də, Çempionlar Liqasında rekordu yeniləyib
Futbol
1 Oktyabr , 2015 02:53
​Ronaldo karyerasında 500-cü qolunu vurub - VİDEO

Bakı. 1 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo karyerasında 500-cü qolunu vurub.

"Report" xəbər verir ki, bu, Çempionlar Liqasının qrup matçı çərçivəsində "Malmö" ilə səfər matçının 29-cu dəqiqəsində qeydə alınıb.

Portuqaliyalının hesabında hazırda 753 oyun var.

Ronaldo, həmçinin ÇL-də vurulan qolların sayına görə rekordu yeniləyib. İndi onun hesabında turnirin final mərhələsində 116 oyuna 82 qol var.

Qeyd edək ki, oyunun sonunda Ronaldo daha bir dəfə fərqlənməyə macal tapıb. Oyun 2:0 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Son xəbərlər

Orphus sistemi