Ronaldinyo Roma Papası ilə görüşüb

Ronaldinyo Roma Papası ilə görüşüb Məşhur futbolçu isti qarşılanıb
Futbol
5 Fevral , 2016 10:48
Ronaldinyo Roma Papası ilə görüşüb

Bakı. 5 fevral. REPORT.AZ/ Braziliyalı futbolçu Ronaldinyo Roma Papası I Fransisklə görüşüb. "Report"un məlumatına görə, görüş ötənlərin məşhur hücumçusunun Vatikana səfəri zamanı gerçəkləşib.

Ronaldinyo səfər çərçivəsində Argentinada yaradılmış, hazırda 5 qitədə fəaliyyət göstərən, idman, elm və texnologiyanı özündə birləşdirən 400 minədək təhsil müəssisəsindən ibarət "Scholas Occurrentes" beynəlxalq məktəblər şəbəkəsini ziyarət edib.

Papa ulduz futbolçunu isti qarşılayıb. O, böyük futbol pərəstişkarıdır və Argentinanın "San-Lorenso" klubunun azarkeşidir. I Fransisk əvvəllər də futbolçularla görüşüb. 

Son xəbərlər

Orphus sistemi