​Ronaldinyo ikinci liqa komandasında çıxış edəcək

​Ronaldinyo ikinci liqa komandasında çıxış edəcək Yarımmüdafiəçi Peru klubu ilə anlaşıb
Futbol
4 Aprel , 2016 11:03
​Ronaldinyo ikinci liqa komandasında çıxış edəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo karyerasını ikinci liqa komandasında davam etdirəcək. "Report"un məlumatına görə, 36 yaşlı futbolçu Perunun "Syensiano" klubu ilə anlaşıb.

Klubun rəsmi "facebook" səhifəsində yarımmüdafiəçinin yer aldığı videogörüntü də yayımlanıb. Onun son komandası Braziliya "Fluminense"si olub və ötən ilin sentyabrında klub müqaviləyə xitam verib.

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan", Braziliyanın "Flamenqo", "Atletiko Mineyro" klublarında çıxış edib. O, 1999-2013-cü illərdə Braziliya yığmasının şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi