Bakı. 12 İyul. REPORT.AZ/ Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerasını "Fluminense" klubunda davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytına istinadən "Tribuna" nəşri məlumat yayıb.
35 yaşlı hücumçu Rio-de-Janeyro klubu ilə 2016-cı ilin sonunadək müqavilə imzalayıb.
Bundan əvvəl futbolçunun Türkiyənin "Antalyaspor" klubuna keçəcəyi bildirilirdi.