Roman Qriqorçukun oğlu Azərbaycan çempionatında çıxış edəcək

Roman Qriqorçukun oğlu Azərbaycan çempionatında çıxış edəcək Bu barədə baş məşqçinin özü məlumat verib
Futbol
1 İyun , 2016 13:52
Roman Qriqorçukun oğlu Azərbaycan çempionatında çıxış edəcək

Bakı. 1 iyun. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun oğlu Tamerlan Qriqorçuk klubun akademiyasında məşqlərə qoşulub. "Report"un məlumatına görə, bu barədə 51 yaşlı mütəxəssis "Sport-Express Ukrayna" nəşrinə müsahibəsində bildirib.

Ukraynalı baş məşqçi akademiyada hər bir şəraitin olduğunu və işə ciddi yanaşıldığı deyib: "Oğlum aşağı yaş qrupunda çıxış edir. Yeni mövsümdən onun yaşı Azərbaycanın U-10 Liqasında çıxış etməyə imkan verəcək. Tamerlanın işə münasibətinə baxacağıq. Mən oğlumun arzularını tam rəhbər tuturam. İstəsə, məşq edəcək. Ancaq iradəsinin əleyhinə olan hər hansı bir işi görməyimə lüzum yoxdur".

Qeyd edək ki, Tamerlan Qriqorçukun hazırda 8 yaşı var.

Son xəbərlər

Orphus sistemi