Roman Qriqorçuk: Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək

Roman Qriqorçuk: Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək “Qəbələ”nin baş məşqçisi “Kəpəz”lə oyundan sonra qarşılaşma ilə bağlı təəsuratlarını bölüşüb
Futbol
24 Avqust , 2015 01:19
Roman Qriqorçuk: Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək

Bakı. 24 avqust. REPORT.AZ/ Topaz Premyer Liqasının III turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi “Kəpəz”i 1-0 hesabı ilə üstələdi.

"Report"un məlumatına görə,“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra qarşılaşma ilə bağlı təəsuratlarını bölüşüb.

Onun sözlərinə görə, futbolçular tərəfindən oyun ərzində müdafiədən hücuma keçmək cəhdləri oldu: "Bu zaman səhvlərimiz vardı. Amma oyunçular işi görməyə çalışdılar. AZAL ilə oyundan sonra bəzi məsələləri müzakirə etdik. Futbolçuları oynatmaq lazımdır ki, onlar kollektivə uyğunlaşsınlar".

Qriqorçuk qeyd edib ki, Azərbaycan çempionatının öz reqlamenti var. Ona görə də “Qəbələ” "tez-tez iki fərqli heyətə güvənir."

"Mənim üçün indiki məqamda nəticə çox önəmlidir. Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək. Gördüyümüz işə inanıram və bu inamım bizi yanıltmayıb. Avropa Liqasında güclü komandaya qarşı oynayacağıq. Var gücümüzlə çalışacağıq ki, nəticə qazanaq. Nəticə çox önəmlidir”, deyə baş məşqçi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi