Roman Qriqorçuk: "Qırmızı vərəqə yox idi"

Roman Qriqorçuk: "Qırmızı vərəqə yox idi" "Qəbələ"-Qarabağ" qarşılaşma 2:2 hesabı ilə başa çatıb
Futbol
10 Avqust , 2015 23:20
Roman Qriqorçuk: Qırmızı vərəqə yox idi

Bakı. 10 avqust. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının ilk turunda keçirilən "Qarabağ"la oyundan sonra fikirlərini bildirib. "Report"un məlumatına görə, o, gözəl oyun getdiyini deyib:

"Nəzərə almalıyıq ki, hər iki komanda Avropa Liqasında iştirak eüdir. Düzdür, yüksək sürət olmadı, ancaq hər iki komanda xarakter nümayiş etdirdi. Biz məğlub ola-ola hesabı bərabərləşdirdik. Penalti epizodu var idi. Amma qırmızı vərəqə yox idi. Təbii ki, bu mənim şəxsi fikrimdir" - deyə R.Qriqorçuk bildirib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi