​Roman Qriqorçuk: Biz məğlub olmamalı idik

​Roman Qriqorçuk: Biz məğlub olmamalı idik "Üstün oyunda məğlub olmaq çox üzücüdür"
Futbol
12 Sentyabr , 2015 23:46
​Roman Qriqorçuk: Biz məğlub olmamalı idik

Bakı. 12 sentyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının IV turunun “İnter” - “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini bölüşüb.

"Report" klubun saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis futbolçularının oyunundan razı qaldığını bildirib.

“Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdür. Biz məğlub olmamalı idik. Legioner limitini nəzərə alaraq, Popoviçi meydançaya buraxmışdıq. Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdur. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıda gələn PAOK oyununa hazırlaşmalıyıq".

Son xəbərlər

Orphus sistemi