Bakı. 12 avqust. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun futbolçusu Federik Balzaretti futbolçu karyerasını başa vurub. "Report"un məlumatına görə, o, zədə səbəbindən futbolla vidalaşdığını deyib.
Klub bazasında keçirilən mətbuat konfransında çıxış edən 34 yaşlı futbolçu bunları bildirib: "Bu qərarı vermək çox çətindir. Ancaq ürəyim istəyən oyunu göstərə bilmirəm. Bu səbəbdən futbolçu karyeramı başa vururam".
F.Balzaretti açıqlamasında klubda işləmək istədiyini də söyləyib.