"Roma"nın baş məşqçisi jurnalistin sualından sonra başını stola çırpıb - VİDEO

"Roma"nın baş məşqçisi jurnalistin sualından sonra başını stola çırpıb - VİDEO Luçano Spalletti emosiyalarına hakim ola bilməyib
Futbol
27 Oktyabr , 2016 13:35
Romanın baş məşqçisi jurnalistin sualından sonra başını stola çırpıb - VİDEO

Bakı. 27 oktyabr. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun baş məşqçisi Luçano Spalletti maraqlı addım atıb. "Report"un məlumatına görə, o, "Palermo" ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında emosiyalarına hakim ola bilməyib.

Jurnalistin sualından sonra baş məşqçi üzünü tutub və başını stola vurub. Spallettinin bu addımı ölkəsində böyük marağa səbəb olub.

Qeyd edək ki, IX turda paytaxt Romada keçirilmiş görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi