Robert Prosineçkinin köməkçiləri məlum olub

Robert Prosineçkinin köməkçiləri məlum olub Ona Mahmud Qurbanov, Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Faiq Əzizov və Yanko Yankoviç yardım edəcəklər
Futbol
19 Dekabr , 2014 19:23
Robert Prosineçkinin köməkçiləri məlum olub

Bakı. 19 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin yerli və əcnəbi köməkçiləri müəyyənləşib.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Mahmud Qurbanov, Elxan Abdullayev, Draqan Spasiç və Qordan Tsipriç baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

Faiq Əzizov qapıçılar, Yanko Yankoviç isə oyunların analizi üzrə məşqçi vəzifələrinə təyin olunublar.

Son xəbərlər

Orphus sistemi