Robert Prosineçki Xorvatiyada abidə ucaldılması məqsədilə xeyriyyə aksiyasına qoşulub

Robert Prosineçki Xorvatiyada abidə ucaldılması məqsədilə xeyriyyə aksiyasına qoşulub Serblərin qovulmasına həsr olunmuş abidə üçün 800 min avro toplanılacaq
Futbol
20 Aprel , 2016 09:17
Robert Prosineçki Xorvatiyada abidə ucaldılması məqsədilə xeyriyyə aksiyasına qoşulub

Bakı. 20 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki vətəni Xorvatiyada abidə ucaldılması məqsədilə təşkil olunan aksiyaya qoşulub. "Report"un "telegraf.rs"ə istinadən verdiyi məlumata görə, abidə 200 min serbiyalının Xorvatiya ərazisindən qovulması ilə əlaqədar Knin şəhərində qoyulacaq. 

Bunun üçün lazım olan 800 min avro və ya 6 milyon kuna məbləğində vəsaitin toplanılmasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, nazirlər, Zaqreb meri Milan Bandiç və veteranlarla yanaşı, keçmiş futbolçulardan Zvonimir Boban, İqor Ştimats, Robert Prosineçki və digər məşhur simalar iştirak edəcək. Onların aprelin 21-də Knində xeyriyyə xarakterli bayram konsertinə qatılacaqları bildirilir. Lakin Prosineçkinin tərcüməçisi Aydın Rüstəmov "Report"a açıqlamasında baş məşqçinin sabah Xorvatiyada olacağına dair xəbəri təkzib edib. 

Qeyd edək ki, daha öncə Robert Prosineçki Xorvatiyada ticarət mərkəzi açıb. 

Son xəbərlər

Orphus sistemi