Robert Prosineçki: "Öz oyunçularımla fəxr edirəm"

Robert Prosineçki: "Öz oyunçularımla fəxr edirəm" Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya yığması ilə oyundan sonra sualları cavablandırıb
Futbol
3 Sentyabr , 2015 23:47
Robert Prosineçki: Öz oyunçularımla fəxr edirəm

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Mən öz oyunçularımla fəxr edirəm. Çünki rəqib Avropanın ən güclü komandalarından biri idi. Mənim komandam mübarizə apardı və futbol oynadı. Mənə elə gəlir ki, bu Azərbaycan futbolu üçün yaxşı nəticədir". "Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

"Təəssüflər olsun ki, yaxşı nəticə gözləmək olmur. Sabah səhər məşq edəcəyik və Maltaya yola düşəcəyik. Azarkeşlərə də öz təşəkkürümü bildirirəm" - deyə baş məşqçi bildirib.

Daha sonra xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Nəyə görə bu gün məhz Məhəmməd Qurbanov forvard idi? Halbuki Rauf Əliyev bu mövqedə oynayır...

- Bu suala cavab vermək istəmirəm.

- Sizin Xorvatiyanı yaxşı tanımağınız kömək oldu?

- Sözsüz ki, olub. Ancaq bu gün komanda oyunu və mübarizəsi buna səbəbdir. Yenə deyirəm ki, futbolçularımla fəxr edirəm. Fikir verin ki, rəqib futbolçuları hansı klublarda oynayırlar.

- Milli komanda ardıcıl 3-cü oyunda qol buraxmayıb və məğlub olmayıb. Bu sizin üçün nə deməkdir?

- Demək mənim oyunçularım öz üzərində işləyir və düzgün çalışırlar. Onların özünə inamı qayıdıb. Xorvatiya İtaliya olan qrupda birinci pillədədir. İlk oyunda 6 qol buraxmışdıq. Mənə elə gəlir bütün Azərbaycan belə oyunçularla fəxr etməlidirlər.

Son xəbərlər

Orphus sistemi