​Robert Prosineçki milliyə 17 yaşlı futbolçunu dəvət edib

​Robert Prosineçki milliyə 17 yaşlı futbolçunu dəvət edib AZAL və "Neftçi"nin futbolçuları Türkiyəyə getməyəcək
Futbol
16 Fevral , 2015 16:57
​Robert Prosineçki milliyə 17 yaşlı futbolçunu dəvət edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki fevralın 20-dən Türkiyənin Antalya bölgəsində keçiriləcək təlim-məşq toplanışına yollanacaq heyəti müəyyənləşdirib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 oyunçunun yer aldığı siyahıda Ukraynada çıxış etmiş futbolçu da yer alıb.

Fevralın 24-də Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçiriləcəyi üçün həmin komandaların müvafiq üzvləri millinin toplanışına dəvət olunmayıb.

Antalyaya yollanacaq futbolçular bunlardır:

Rəşad Sadıqov – "Qarabağ"

Bədavi Hüseynov – "Qarabağ"

Maksim Medvedev – "Qarabağ"

Qara Qarayev – "Qarabağ"

Namik Ələsgərov – "Qarabağ"

Vüqar Nadirov – "Qarabağ"

Rəşad Sadiqov – "Qəbələ"

Ruslan Abışov – "Qəbələ"

Cavid Hüseynov – "Qəbələ"

Elvin Camalov "Qəbələ"

Səlahət Ağayev – "İnter"

Arif Daşdəmirov – "İnter"

Maqomed Mirzəbəyov – "İnter"

Əfran İsmaylov – "İnter"

Coşqun Diniyev – "İnter"

Elvin Məmmədov – "İnter"

Rahid Əmirquliyev – "Xəzər Lənkəran"

Ağabala Ramazanov – "Xəzər Lənkəran"

Orxan Əliyev – "Sumqayıt"

Andriy Popoviç – "Sumqayıt"

Maqomed Qurbanov – "Sumqayıt"

Rəşad Eyyubov – "Simurq"

Emil Balayev – "Ayntraxt" (Frankfurt, Almaniya)

Anton Krivotçuk – klubsuz

Siyahıdan da göründüyü kimi, Anton Krivotçukun adı Azərbaycan futbol ictimaiyyətinə tanış deyil. Bu ilin yanvarında 17 yaşlılardan ibarət milli komandanın Türkiyədə keçirilən toplanışına da dəvət alan Krivotçuk hazırda heç bir klubda forma geyinmir. Sonuncu klubu Ukrayna "Zirka"sı olan 17 yaşlı futbolçunun milliyə dəvət olunmasını AFFA-nın İctimaiyyətlə Ələqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "Report"a açıqlamasında belə izah edib: "O, əslən ukraynalı olsa da, Azərbaycan pasportuna malikdir. Həmin futbolçu qış toplanışında U-17-nin heyətində idi. Bu, birbaşa olaraq məşqçilər korpusunun seçimidir. Futbolçu haqda qərarı məşqçilər verir".

Sözügedən futbolçunun hazırda klubsuz olduğunu qeyd edən M.Nərimanoğlu milliyə cəlb olunacağı təqdirdə Azərbaycan klublarının birində oynaması fikrinə isə bu cür münasibət bildirib: "AFFA futbolçu transferi ilə məşğul olmur. Məşqçilər onu milliyə cəlb edə bilər, amma futbolçunun hər hansı bir kluba keçməsi bizdən asılı deyil. Bu məsələni klublardan soruşsanız, daha yaxşı olar. Biz istəyərik ki, millinin üzvləri yaxşı klublarda oynasın".

Son xəbərlər

Orphus sistemi