Robert Prosineçki: "Bu, milli komandanın da uğurlu çıxışına müsbət təsir göstərəcək"

Robert Prosineçki: "Bu, milli komandanın da uğurlu çıxışına müsbət təsir göstərəcək" Azərbaycan yığmasının baş məşqçisi "Qarabağ" və "Qəbələ" klublarını təbrik edib
Futbol
28 Avqust , 2015 14:02
Robert Prosineçki: Bu, milli komandanın da uğurlu çıxışına müsbət təsir göstərəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis hər iki kluba uğurlu nəticə münasibətilə təbriklərini çatdırıb. 

O bildirib ki, iki klubun qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün önəmli hadisədir: "Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışına müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi