Robert Prosineçki Azərbaycan xalqına başsağlığı verib

Robert Prosineçki Azərbaycan xalqına başsağlığı verib Baş məşqçi Azərbaycanın qəhrəmanlıqla şəhid olan 15 əsgərinin ölümündən böyük üzüntü duyduğunu bildirib
Futbol
4 Aprel , 2016 20:11
Robert Prosineçki Azərbaycan xalqına başsağlığı verib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Azərbaycan xalqına başsağlığı verib. "Report"un AFFA-nın rəsmi "Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, xorvaxtiyalı mütəxəssis son günlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycanın qəhrəmanlıqla şəhid olan 15 əsgərinin ölümündən böyük üzüntü duyduğunu bildirib.

R.Porosineçki özü və ailəsi adından şahid ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi