Robert Prosineçki 20 yanvar şəhidlərinin ruhunu yad edib

Robert Prosineçki 20 yanvar şəhidlərinin ruhunu yad edib Antalyada Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirilib
Futbol
21 Yanvar , 2015 10:53
Robert Prosineçki 20 yanvar şəhidlərinin ruhunu yad edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində Azərbaycanın əsas və 21 yaşadək futbolçulardan ibarət yığma komandalarının məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamın insanlığa qarşı cinayət olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycan yığmalarının məşqçiləri və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Antalya şəhərindədirlər. 

Son xəbərlər

Orphus sistemi