PAOK-un futbolçusu: "Nəticə ədalətli oldu"

PAOK-un futbolçusu: "Nəticə ədalətli oldu" ​Rikardu Koşta "Qəbələ" ilə oyunu UEFA-ya şərh edib
Futbol
18 Sentyabr , 2015 11:16
PAOK-un futbolçusu: Nəticə ədalətli oldu

Bakı. 18 sentyabr. REPORT.AZ/ Yunanıstanın PAOK klubunun futbolçusu Rikardu Koşta Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilmiş "Qəbələ" ilə oyun haqda fikirlərini bildirib. "Report"un məlumatına görə, portuqaliyalı müdafiəçi UEFA-ya açıqlamasında Azərbaycan təmsilçisinin güclü komanda oluğunu və bunu "pley-off" mərhələsində "Panatinaikos"la qarşılaşmada təsdiqlədiyini deyib.

O, nəticəni ədalətli adlandırıb: "Qəbələ" güclü komanda olduğunu "Panatinaikos"la oyunda sübut etdi. Onlar inadkarcasına mübarizə aparır. Bizim 3 xal qazanmaq üçün imkanlarımız oldu, ancaq bu cəhdlər uğursuz alındı. Hər şey heç-heçəyə doğru gedirdi. Amma nəticəni uğursuz adlandıra bilmərəm". 

Qeyd edək ki, PAOK-la "Qəbələ" arasındakı təkrar qarşılaşma noyabrın 26-da Yunanıstanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi