"Rəvan" klubu Azərbaycan çempionatında mübarizəni dayandırıb

"Rəvan" klubu Azərbaycan çempionatında mübarizəni dayandırıb AFFA klubun U-16 komandasını çempionatdan kənarlaşdırıb
Futbol
21 Aprel , 2015 15:12
Rəvan klubu Azərbaycan çempionatında mübarizəni dayandırıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakının "Rəvan" klubunun 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatında mübarizəni dayandırıb. 

"Report"un məlumatına görə, klub bununla bağlı AFFA-ya məktub ünvanlayıb. 

Həmin məktubu nəzərə alaraq, İntizam Komitəsinin qərarı ilə “Rəvan” U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb. Klub oyunların 50%-dən çoxunu keçirdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 

Son xəbərlər

Orphus sistemi