"Rəvan" klubu adsız geyimə görə cəzalanıb

"Rəvan" klubu adsız geyimə görə cəzalanıb AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
Futbol
23 Fevral , 2016 12:40
Rəvan klubu adsız geyimə görə cəzalanıb

Bakı. 23 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının XXII turunda baş verənlərlə bağlı analoji cərimələr tətbiq olunub. 

"İnter" “Kəpəz”lə matçda, "Neftçi" "Qarabağ"la qarşılaşmada hərəyə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb. 

Daha bir cəza isə Premyer Liqanın XXI turu ilə bağlı olub. “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, qonaqların futbolçusu Elnur Abdulov 75-ci dəqiqəsində meydana adsız forma ilə daxil olub. Bu səbəbdən, “Rəvan”a 1000 manat cərimə kəsilib. 

Son xəbərlər

Orphus sistemi