Rəşad Sadiqov və Aleksey Qayın ​forma nömrələri məlum olub

Rəşad Sadiqov və Aleksey Qayın ​forma nömrələri məlum olub "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm"
Futbol
8 Yanvar , 2015 09:53
Rəşad Sadiqov və Aleksey Qayın ​forma nömrələri məlum olub

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" komandasının qış fasiləsində heyətinə qatdığı futbolçu Rəşad Sadiqov 6 nömrəli futbolka ilə çıxış edəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aleksey Qay isə 19 nömrəli formanı geyinəcək.

31 yaşlı yarımmüdafiəçi açıqlamasında 6 nömrənin düşərli olduğunu bildirib: "Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam".

Ukraynalı yarımmüdafiəçi isə seçimini bu cür açıqlayıb: "19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür". 

Qeyd edək ki, Rəşad Sadiqovla 6 ay, Aleksey Qayla isə 1.5 il müddətinə müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi