​Rəşad Sadıqov: "Təəssüf ki, belə oyunda xal itirdik"

​Rəşad Sadıqov: "Təəssüf ki, belə oyunda xal itirdik" "İkinci hissədə buraxılan 2 qol komandanın işini çətinləşdirdi"
Futbol
7 Sentyabr , 2015 00:10
​Rəşad Sadıqov: Təəssüf ki, belə oyunda xal itirdik

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Malta ilə 2:2 hesablı heç-heçə etdikləri Avro-2016-nın seçmə qrup matçı barədə fikirlərini bildirib.

"Report"un məlumatına görə, təcrübəli müdafiəçi yığmamızın 1:0 hesabı ilə öndə olduğu hissəyədək komandamız üçün hər şeyin yaxşı getdiyini söyləyib.

Onun fikrincə, ikinci hissədə buraxılan 2 qol komandanın işini çətinləşdirib:

"90 dəqiqə boyunca oyuna nəzarət etdik. Geridə olduğumuz vaxt hesabı bərabərləşdirdik. Üçüncü qolu vurmaq istədik, amma alınmadı. Təəssüf ki, belə oyunda xal itirdik".

Son xəbərlər

Orphus sistemi