​Rəşad Sadıqov: “Qəbələ” ilə heç-heçə “Qarabağ” üçün yaxşı nəticə olacaq

​Rəşad Sadıqov: “Qəbələ” ilə heç-heçə “Qarabağ” üçün yaxşı nəticə olacaq “Lənkəranda və Qəbələdə bizi çətin səfər oyunları gözləyir”
Futbol
26 Aprel , 2015 00:40
​Rəşad Sadıqov: “Qəbələ” ilə heç-heçə “Qarabağ” üçün yaxşı nəticə olacaq

Bakı. 26 aprel. REPORT.AZ/ "Azarkeşlərin də məmnun qaldığı bir oyun oldu. İki böyük komanda gözəl oyun sərgilədi".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Premyer Liqanın 31-ci turunda "Neftçi"ni məğlub edən Ağdam təmsilçisinin müdafiəçisi tərəflərin baxımlı futbol nümayiş etdirməsinə baxmayaraq, komandaların yorğun olduğunu deyib:

"Çox yorğunluq vardı. İkinci hissə başlayanda da yorğunuyduq. Ancaq komanda özündə güc tapdı və qələbə topunu vura bildik. Hər iki komanda xarakter nümayiş etdirdi. "Neftçi" qapısında 2 top gördükdən sonra hesabı bərabərləşdirdi".

Hakim idarəçiliyindən danışan kapitan oyunun ədalət təmsilçisi Fariz Yusifovdan razılığını ifadə edib. Sadıqov "Neftçi"nin onun üçün xüsusi yeri olduğunu deyib:

"Həm "Neftçi", həm də "Qarabağ" mənim üçün doğmadır. Karyeramı demək olar ki, bu iki komandada keçirmişəm. Hər iki komandanın azarkeşlərini də çox sevirəm və "Neftçi"yə məhəbbətim bəllidir".

Çempionatın başa çatmadığını qeyd edən Sadıqov, qarşıda çətin oyunların olduğunu vurğulayıb:

"Lənkəranda və Qəbələdə bizi çətin səfər oyunları gözləyir. Hələ çempionluq haqda danışmaq tezdir. "Qəbələ"nin irəliləyişi göz qabağındadır və yeni mövsümdə favorit olacaq. Hesab edirəm ki, Qəbələdə heç-heçə bizim üçün yaxşı nəticə olacaq".

Qeyd edək ki, "Qarabağ" və "Neftçi" komandalarının qarşılaşması 3:2 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi