Rəşad Sadiqov: "Krasnodar" və PAOK-la oynamaq gücündəyik

Rəşad Sadiqov: "Krasnodar" və PAOK-la oynamaq gücündəyik Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik
Futbol
13 Sentyabr , 2015 04:05
Rəşad Sadiqov: Krasnodar və PAOK-la oynamaq gücündəyik

Bakı. 13 sentyabr. REPORT.AZ/ " "İnter" ilə oyunda itirdiyimiz xalları növbəti oyunlarda qazanacağımız qələbələrlə bərpa etməyə çalışacağıq".

"Report" xəbər verir ki, bu sözləri Bakı klubu ilə oyunda 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov bildirib.

O, məğlubiyyətin UEFA Avropa Liqası oyunu öncəsi komandanın əhval-ruhiyyəsinə təsir etməyəcəyini söyləyib:

"Qrupdan çıxmaq istəyiriksə, evdəki oyunlarda qələbə qazanmaq lazımdır. Avropa Liqasında asan rəqib yoxdur. "Borussiya"nı çıxmaq şərti ilə "Krasnodar" ilə PAOK-un gücü eynidir. İkisi ilə də oynamaq gücündəyik. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Mən artıq bir dəfə qrup mərhələsində oynamışam, lakin qrupdan çıxmamışam". 

Son xəbərlər

Orphus sistemi