​Rəşad Sadiqov: Cavidin yoxluğu özünü göstərir

​Rəşad Sadiqov: Cavidin yoxluğu özünü göstərir "Səfərdə nəticə əldə edib mərhələ adlamaq istəyirik"
Futbol
20 Avqust , 2015 23:32
​Rəşad Sadiqov: Cavidin yoxluğu özünü göstərir

Bakı. 20 Avqust. REPORT.AZ/ "Düşünürəm ki, 0:0 pis nəticə deyil. Səfərdə nəticə əldə edib mərhələ adlamaq istəyirik".

"Report" xəbər verir ki, bunu Avroliqanın "play-off" mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstanın "Panatinaikos" ilə qarşılaşmadan sonra "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov jurnalistlərə açıqlamasında bildirib.

İkinci hissənin sonlarında bir az yorğun olduqlarını bildirən futbolçu, ümumilikdə qol epizodlarının olduğunu, sadəcə onların yararlana bilmədiklərini qeyd edib. R.Sadiqov komandanın kapitanı Cavid Hüseynovun meydanda yoxluğu ilə bağlı da fikir bildirib:

"Cavidin olmamağı təkcə mənim deyil, bütün komandanın işini çətinləşdirir. O topnan oynayan, hər an hücumlarda təhlükəli vəziyyət yarada bilən futbolçudur. Onun yoxluğu istər-istəməz komandaya öz təsirini göstərir".

Son xəbərlər

Orphus sistemi