Rəşad Sadıqov: "Belə oyunlarda bir xal da bizim üçün uğurdur"

Rəşad Sadıqov: "Belə oyunlarda bir xal da bizim üçün uğurdur" Millimizin kapitanı Rəşad Sadıqov Xorvatiya ilə oyundan sonra jurnalistlərə açıqlama verib
Futbol
4 Sentyabr , 2015 02:49
Rəşad Sadıqov: Belə oyunlarda bir xal da bizim üçün uğurdur

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Məğlubiyyətin əvəzini çıxa bilməzdik, amma əzmkar oyun sərgiləmək istəyirdik". "Report"-un məlumatına görə, bu sözləri "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra millimizin kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında deyib.

Sadıqov komandasının sonadək mübarizə apardığını vurğulayıb: "Böyük hesablı məğlubiyyətdən sonra bütün idman ictimaiyyəti və azarkeşlərin bizdən incidiyini bilirdik. Biz də səfərdəki uğursuzluğu unutdurmağa çalışdıq. Bəzi çatışmazlıqlar oldu ki, bu da təbiidir. Çünki qarşımızda ustalıq səviyyəsi yüksək olan bir komanda var idi. Əsas odur ki, məğlub olmadıq. Belə oyunlarda bir xal da bizim üçün uğurdur".

Futbolçu oyunda qazanılan xalın onun üçün çox əhəmiyyətli olduğunu vurğuladı: "Artıq 33 yaşım var. Karyeramın sonuna yaxınlaşıram. Qarşıdakı illərdə yığmada oynayıb-oynamayacağımı bilmirəm. Ona görə də belə oyunlar mənə şirin gəlir və qazanılan uğurlu nəticələr bizi sevindirir. Qazanılan hər xal və yaxşı nəticə mənim üçün çox önəmlidir".

Son xəbərlər

Orphus sistemi