​"Real Madrid" Ronaldunu mükafatlandırıb

​"Real Madrid" Ronaldunu mükafatlandırıb Futbolçuya mükafat təqdim olunub
Futbol
3 Oktyabr , 2015 12:16
​Real Madrid Ronaldunu mükafatlandırıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçusu Kriştianu Ronaldunu mükafatlandırıb. "Report"un məlumatına görə, Madrid təmsilçisinin heyətində ən çox qol vuran futbolçu kimi klubun tarixinə düşən portuqaliyalının mükafatlandırılması məqsədilə "Santiyaqo Bernabeu"da mərasim təşkil olunub.

Mərasimdə klub prezidenti Florentino Perez, idarəçilər və digər klub rəsmiləri, baş məşqçi Rafael Benites və futbolçular iştirak edib. Ronaldu mərasimə uşağı və anası ilə birgə qatılıb. Tədbirdə 30 yaşlı futbolçunun vurduğu ən gözəl qollar nümayiş etdirilib və futbolçuya mükafat təqdim olunub. Klub rəsmilərinin çıxışından sonra futbolçu və baş məşqçi fikirlərini bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Ronaldu "Real Madrid" forması ilə 324 dəfə rəqib qapısına yol tapıb.

Son xəbərlər

Orphus sistemi