"Real Madrid" Levandovski üçün 98 milyon avro təklif edib

"Real Madrid" Levandovski üçün 98 milyon avro təklif edib Klub transferlərə 300 milyon avro ayırıb
Futbol
25 Yanvar , 2016 15:47
Real Madrid Levandovski üçün 98 milyon avro təklif edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski İspaniya "Real Madrid"inə keçə bilər. "Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, "kral klubu" polşalı hücumçudan ötrü 98 milyon avro ödəməyə hazırdır.

Daha öncə Madrid təmsilçisinin transferlərə 300 milyon avro ayırmaq niyyətində olduğu xəbəri yazılıb.

Bu yaxınlarda FİFA "Real Madrid"ə yaxın 2 transfer pəncərəsi dövründə yeni oyunçuları qeydiyyata saldırmağı qadağan edib. 

Son xəbərlər

Orphus sistemi