"Real Madrid" çinli futbolçunu transfer edəcək

"Real Madrid" çinli futbolçunu transfer edəcək Çjan Linpen "kral klubu"na qışda keçəcək
Futbol
23 Sentyabr , 2015 18:04
Real Madrid çinli futbolçunu transfer edəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Çin milli komandasının və "Quançjou Everqrand" klubunun futbolçusu Çjan Linpen qışda İspaniya "Real Madrid"inə keçəcək. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi bir neçə məşhur klubdan aldığı təklif arasından seçim edib. 

O, "kral klubu"nda oynamağı üstün tutub. İndi iki klubun anlaşması qalıb. 

Qeyd edək ki, Çjan Linpen 4 qat Çin çempionudur. 

Son xəbərlər

Orphus sistemi