"Real" Çempionlar Liqasının qalibi olub - VİDEO

"Real" Çempionlar Liqasının qalibi olub - VİDEO "Kral klubu" finalda "Atletiko"nu məğlub edib
Futbol
29 May , 2016 01:36
Real Çempionlar Liqasının qalibi olub - VİDEO

Bakı. 29 may. REPORT.AZ/ İspaniyanın Madrid şəhərini təmsil edən "Real" və "Atletiko" klubları arasında Milanın məşhur "San-Siro" stadionunda keçirilən Çempionlar Liqasının final matçı başa çatıb.

"Report" xəbər verir ki, oyunun əsas hissəsi 1:1 hesabı ilə başa çatdığından final matçının vaxtı 30 dəqiqə artırılıb. Lakin komandalar əlavə vaxtda da fərqlənə bilməyiblər. 

120 dəqiqəlik oyundan sonrakı penaltilər seriyasında daha dəqiq olan "Real" rəqibinə 5:3 hesabı ilə qalib gələrək 11-ci dəfə Avropanın ən güclü klubu olub. 

Qeyd edək ki, final görüşünü ingiltərəli Mark Klattenberq idarə edib. "Atletiko" isə tarixi ərzində UEFA Çempionlar Liqasında üçüncü final oyunundan da məğlub ayrılıb.

Son xəbərlər

Orphus sistemi