Qvardiolanın "Mançester Siti"də illik əmək haqqı açıqlanıb

Qvardiolanın "Mançester Siti"də illik əmək haqqı açıqlanıb İspaniyalı mütəxəssisə 198 milyon avro transfer büdcəsi ayrılıb
Futbol
2 Fevral , 2016 10:16
Qvardiolanın Mançester Sitidə illik əmək haqqı açıqlanıb

Bakı. 2 fevral. REPORT.AZ/ Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola İngiltərənin "Mançester Siti" futbol komandasında ilinə 26,5 milyon avro qazanacaq. "Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssisə yeni oyunçuların alınması üçün 198 milyon avro büdcə ayrılacaq. 

Onun "Bavariya"dakı illik əmək haqqı 17 milyon avro idi. 

Qeyd edək ki, Xosep Qvardiola "şəhərlilər"lə 3 illik müqavilə bağlayıb. Qvardiola yeni işinin icrasına gələn mövsümdən başlayacaq.

Son xəbərlər

Orphus sistemi