​Qus Hiddink İngiltərə yığmasında işləmək istəyir

​Qus Hiddink İngiltərə yığmasında işləmək istəyir Federasiya danışıqlara getməyə razıdır
Futbol
4 İyul , 2016 12:20
​Qus Hiddink İngiltərə yığmasında işləmək istəyir

Bakı. 4 iyul. REPORT.AZ/ Hollandiyalı baş məşqçi Qus Hiddinkin çalışmaq istədiyi komanda müəyyənləşib. 

"Report"un "The Times"a istinadən verdiyi məlumata görə, 69 yaşlı mütəxəssis İngiltərə yığmasında işinə davam etmək niyyətindədir.

İngiltərə Futbol Federasiyası Hiddinklə danışıqlara getməyə razıdır.

Qeyd edək ki, Hiddink son mövsümü "Çelsi"də keçirib. "Zadəganlar" hollandiyalı baş məşqçinin rəhbərliyi ilə mövsümü 50 xalla 10-cu pillədə tamamlayıb.

Son xəbərlər

Orphus sistemi