Bakı. 30 sentyabr. REPORT.AZ/ "Çox sürətli və istəkli, amma yeni qurulmuş komandaya qarşı oynayacağıq. "Anderlext" daim öz transferləri ilə tanınıb. Təsadüfi deyil ki, bu komandadan digər klublara səviyyəli futbolçular keçib". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi
43 yaşlı mütəxəssis bildirib ki, belə rəqibə qarşı diqqətli olmaq lazımdır: "Çünki ustalıq səviyyəsi yüksək, təkbaşına oyunun taleyini həll edən futbolçuları var. Hələ püşk öncəsi demişdim ki, "Anderlext" kimi komandaların Bakıya gəlməsi futbolumuz üçün təkandır. Hər bir oyunçumuz nə qədər istəkli, sürətli olmağımızın gərəkliyini anlayır. Nəticə üçün əlimizdən gələni edəcəyik. Bu oyun futbolçuların təcrübəsinin artması üçün yaxşı imkandır. İnanıram ki, əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar".
Qurbanovun sözlərinə görə, hücumda ola-ola müdafiə olunmağı bacarmaq, rəqibə öz oyununu sərgiləməyə imkan verməmək lazımdır. O, rəqibin hər bir futbolçusunun güclü və nəticə verəcək gücdə olduğunu söyləyib: "Onlara qarşı fərdi oynasaq, bu bizim çıxışımıza mənfi təsir edə bilər. "Anderlext" ustalıq səviyyəsi yüksək olan və sürətli oyunçulardan təşkil olunub. Mərkəz hücumçusu Stefano Okaka, insaydları, iki ucaboy, cərimə zərbələrində təhlükəli mərkəz müdafiəçiləri var. Sağ cinah müdafiəçisi Andi Naxardan isə danışmaq istəmirəm. O, bütün hücumlarda təhlükəlidir".
Sabahkı oyun Qurbanovun baş məşqçi kimi Avrokuboklarda 50-ci oyunu olacaq. İndiyədək "Neftçi" və "Qarabağ" komandalarını qitəmiqyaslı yarışlara çıxarmış mütəxəssis yubiley oyununa çıxacağını eşitməkdən məmnun olduğunu bildirib: "Yubiley oyunumun olduğunu eşitmək xoşdur. Oyun sayı önəmli deyil. Amma belə oyunlarda Bakıda yaxşı oyun və yaxşı nəticə istəyirik. Ola bilsin tapşırıqları yerinə yetirsinlər. Amma başqa amillər - istək, psixoloji amillər də rol oynaya bilər. İstərdim ki, qələbə əldə edək. Amma rəqibin də gücünü dəyərləndirməliyik".
Qurbanov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının VI tur matçından sonra Samuel Armenterosla kapitan
Baş məşqçi komandada əhval-ruhiyyəni yüksəltmək üçün psixoloqa ehtiyac duymadığını bildirib. O, ilk turda Londonda İngiltərə "Tottenhem"i ilə görüşdə hesabda irəlidə olduqları halda 3 qol buraxmalarının psixoloji amillə əlaqədar olmadığını vurğulayıb: "Biz birini vurandan sonra üçünü buraxdıqsa, "Mançester Siti" 4 qol buraxdı. Hər bir qol vuran komandanı rəqib müdafiəyə məcbur edir. Bu, futbolun qanunudur. Biz də belə halla rastlaşmışıq. Sabahkı oyunda heç bir psixoloji gərginlik olmayacaq. Çünki bu, "Tottenhem"dən fərqli oyun olacaq. Futbolçularım var gücləri ilə oynayacaqlar".
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlanacaq.