Qurban Qurbanov: "Futbolçularımdan razı qaldım, nəticədən yox"

Qurban Qurbanov: "Futbolçularımdan razı qaldım, nəticədən yox" Qurbanov komandanı dəstəkləyən azarkeşlərə minnətdarlığını dilə gətirib
Futbol
6 Avqust , 2015 00:03
Qurban Qurbanov: Futbolçularımdan razı qaldım, nəticədən yox

Bakı. 6 avqust. REPORT.AZ/ "İstərdim qalib gələk. Ancaq yüksək səviyyəli komandaya qarşı oynadıq". "Report"un məlumatına görə, bunu Şotlaniyanın "Seltik" klubu ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra keçirilən mətbuat konfransında yerli mütəxəssis bunları bildirib: "Meydanda zəif oyunçu görmədim. Hər halda "Seltik" kimi rəqibə qarşı oynayırdı. Demək olar ki, hamısı öz işini bacardı. Amma nəticədən razı qalmadım. Belə meydanda oynamağımıza baxmayaraq, yaxşı idi. Ola bilər ki, komandada hər hansı çatışmazlıqlar var. Ancaq əlimizdə olan hər bir futbolçudan maksimum yararlanmağa çalışırıq. Mən heç bir halda komandamı zəif hesab etmirəm".

Q.Qurbanov komandanı dəstəkləyən azarkeşlərə minnətdarlığını dilə gətirib: "Bizim azarkeşlər heç də "Seltik" azarkeşlərindən geri qalmadı. Onların hər birinə çox sağ ol deyirəm ki, bizi dəstəklədilər".

Son xəbərlər

Orphus sistemi