​Qurban Qurbanov: Bu illər ərzində çox gərginlik yaşamışam

​Qurban Qurbanov: Bu illər ərzində çox gərginlik yaşamışam "Qarabağ"ın baş məşqçisi olmaq çox böyük məsuliyyət deməkdir
Futbol
28 Avqust , 2015 03:12
​Qurban Qurbanov: Bu illər ərzində çox gərginlik yaşamışam

Bakı. 28 Avqust. REPORT.AZ/ "Hamını qələbə münasibətilə təbrik edirəm. Rəqibə uğurlar arzulayıram. İlk dəqiqələrdən azlıqda qaldılar. Bu da onların oyununa təsir etdi".

"Report"un məlumatına görə, bu sözləri Bakıda "Young Boys" (İsveçrə) üzərində 3:0-lıq qələbədən sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

"6-7 ildir "Qarabağ"ın baş məşqçisiyəm. Bu illər ərzində çox gərginlik yaşamışam. Çünki "Qarabağ" kimi komandanın baş məşqçisi olmaq çox böyük məsuliyyət deməkdir. Qalib gələndə özümdən daha çox, azarkeşlər üçün sevinirəm", - deyə 43 yaşlı mütəxəssis qeyd edib.

Transferlə bağlı sualı cavablandıran baş məşqçi yeni futbolçu almağa çalışacaqlarını və əsasən əcnəbi futbolçu cəlb etmək fikrində olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi