Qriqorçuk: "Artıq bu gündən “Lill”in təhlilinə başlaya bilərik"

Qriqorçuk: "Artıq bu gündən “Lill”in təhlilinə başlaya bilərik" "Bu komanda yüksək səviyyəyə malikdir"
Futbol
22 İyul , 2016 00:10
Qriqorçuk: Artıq bu gündən “Lill”in təhlilinə başlaya bilərik

Bakı. 21 iyul. REPORT.AZ/ " “Qəbələ” növbəti mərhələyə adladı ki, buna çox şadam. Avropa səviyyəli, yaxşı bir rəqibə qalib gəldik”.

“Report” xəbər verir ki, bunu Avroliqanın II təsnifat mərhələsi çərçivəsində Bakıda Macarıstanın MTK klubuna qarşı keçirilən cavab qarşılaşmasından sonra (2:0) “Qəbələ”nin baş məşqçisi Roman Qirqorçuk deyib.

"Hər iki matçda MTK-ya qalib gəlməyimiz görüşlərə daha yaxşı hazırlaşmağımız və bütün komponentlərdə onlardan üstün olmağımızla bağlıdır. Bu qarşılaşmada komanda istədiyimiz kimi oynadı. Bizə lazım olanları meydanda həyata keçirdik. Ümumilikdə isə oyun ideal olmadı. Çünki ideal matçlar nadir hallarda yaşanır. Bəzi azsaylı məqamlar var ki, onların üzərində çalışacağıq. Futbolçularımıza minnətdaram. Artıq bu gündən “Lill”in təhlilinə başlaya bilərik. Bu komanda yüksək səviyyəyə malikdir. Belə rəqiblərlə qarşılaşmaq imkanımız olduğu üçün şadam. Onlara qalib gəlmək isə böyük nailiyyət olacaq. Biz də bunu gerçəkləşdirməyə çalışacağıq”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi