"Qızıl top"un sahibi avtomobil qəzasına düşüb

"Qızıl top"un sahibi avtomobil qəzasına düşüb "Avtomobilimiz yararsız vəziyyətə düşdü, biz isə salondan çölə uçduq"
Futbol
14 Yanvar , 2015 10:51
Qızıl topun sahibi avtomobil qəzasına düşüb

Bakı. 14 yanvar. REPORT.AZ/ SSRİ milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu, 1986-cı ildə "Qızıl top"u qazanmış İqor Belanov avtomobil qəzasına düşüb. "Report"un məlumatına görə, bu barədə ötənlərin tanınmış hücumçusu "vesti-ukr.com"a açıqlama verib. 

İ.Belanov bildirib ki, qəzadan özü və yol yoldaşı müxtəlif ağırlıq dərəcəli zədələrlə qurtulublar: "Ovdan qayıdırdıq. Maşın sürüşkən yola çıxdı. Qəza nəticəsində avtomobilimiz yararsız vəziyyətə düşdü, biz isə salondan çölə uçduq. Sükan arxasındakı mən deyildim. Allah qorudu. Yeni İli xəstəxanada keçirdim. Başıma tikiş atdılar, boyun fəqərəmdə çat var".

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Kiyev avtodromunda motosikllə yürüş zamanı "Dinamo"nun digər sabiq futbolçusu Andrey Qusin qəzaya düşərək, yerindəcə keçinib. 

Son xəbərlər

Orphus sistemi