Bakı. 25 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Qəbələ" səfərdə "Zirə"ni üstələməyi bacarıb. Hər iki qolu yayda transfer edilmiş Teo Uiks vurub. O, 19-cu və 76-cı dəqiqələrdə fərqlənib.
Beləliklə, xallarını 16-ya çatdıran "Qəbələ" yenidən liderliyi ələ keçirib. 13 xala malik "Qarabağ" 3-cü pilləyə enib və açılış oyununda səfərdə AZAL-ı 3:1 hesabı ilə məğlub etmiş "İnter"dən 1 xal geri düşüb.
"Kəpəz" 7 xalla 4-cü, "Zirə" 6 xalla 5-ci pillədə qalıb.
Azərbaycan Premyer Liqası, VI tur
25 sentyabr
15:30. "Kəpəz" - "Qarabağ" - 1:1
Qollar: Dario Federiko, 54 - Reynaldo Silva, 75
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
18:00. "Zirə" - "Qəbələ" - 0:2
Qollar: Teo Uiks, 19; 76
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şaiq Həmidov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun son oyunu sentyabrın 27-də keçiriləcək. Saat 19:00-da "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edəcək.