​"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri uduzmayıb

​"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri uduzmayıb "Krasnodar" qalib gəlib, "Anderlext" heç-heçə edib
Futbol
7 Dekabr , 2015 09:55
​Qəbələ və Qarabağın Avropa Liqasındakı rəqibləri uduzmayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ "Qəbələ" və "Qarabağ" klublarının Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər. "Report"un məlumatına görə, komandalardan heç biri məğlubiyyətlə üzləşməyib.

"Qəbələ"nin Avroliqada son oyununu keçirəcəyi Rusiyanın "Krasnodar" klubu "Kuban"ın qonağı olub. Görüş baş məşqçi Oleq Kononovun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların qollarını Vanderson (dəq. 71), Pavel Mamayev (dəq. 80) və Fyodor Smolov (dəq. 87) vurub. "Krasnodar" 18 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsindədir. C qrupundakı digər rəqiblərdən Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının XV turunda səfərdə "Volfsburq"a, Yunanıstan PAOK-u isə Super Liqanın XIII turunda "Panionios"a evdə qalib gəlib - 2:1. "Borussiya" Bundesliqada 35 xalla 2-ci, PAOK isə Super Liqada 22 xalla 3-cü pillədə qərarlaşıb.

Dekabrın 10-da "Qarabağ"ın qonaq olacağı Belçika "Anderlext"i isə XVIII turda səfərdə "Genk"lə qarşılaşıb. 90 dəqiqənin sonunda sevinən tərəf olmayıb - 0:0. "Anderlext" hazırda 33 xalla 4-cü pillədədir. J qrupundakı digər rəqiblərdən "Monako" Fransa I Liqasının oyununda "Bastiya"nı səfərdə məğlub edib - 2:1. "Knyazlıq klubu" 17 turdan sonra 28 xalla 4-cü pillədədir. İngiltərə "Tottenhem"i isə Premyer Liqanın son oyununda bir xalla kifayətlənib. "Vest Bromviç"lə səfər oyunu heç-heçə ilə yekunlaşıb - 1:1. London klubu 15 oyundan 26 xalla 4-cüdür.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsindəki son oyununda Bakıda "Krasnodar"la, "Qarabağ" isə Belçikada "Anderlext"lə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi